"Barselona”nın baş məşqçisi Ernesto Valverde istefa verəcəyi ilə bağlı iddialara münasibət bildirib.
Qaynarinfo xəbər verir ki, La Liqanın XII turunda "Levante”yə səfərdə uduzduqdan (1:3) sonra keçirilən mətbuat konfransında danışan mütəxəssis bu barədə düşünmədiyini deyib:
"Etiraf edirəm ki, öz stadionumuzda olmayan matçlarda problemlərimiz yaranır. Demişdim ki, səfər görüşlərinə komandanın köklənməsi məsələsi məni narahat edir. O ki qaldı istefaya, bu haqda düşünmürəm və gələcəyə baxıram”.
Şərhlər