Xəbər lenti

İdman 22:26 21.09.2019

"Barselona"nın başı dərddə - Cəzalana bilər

Bu yay Antoine Qrizmannın "Atletiko"dan "Barselona"ya 120 milyon avroya transfer olunması qalmaqala səbəb olmuşdu. Belə ki, Kataloniya klubu iyulun 1-dən sonra fransalı ulduzun transferini açıqlayaraq 120 milyon avro təzminatı ödəmişdi. 

"Atletiko" isə bununla razılaşmamış və FIFA-ya şikayət etmişdi. Belə ki, iyulun 1-ədək Qrizmannın təzminat maddəsi 200 milyon avro idi. Madrid klubu kataloniyalıların onunla iyulun 1-dən əvvəl anlaşdığını iddia edərək əlavə 80 milyon avro istəyirdi.

Qaynarinfo xəbər verir ki, ötən gün Kataloniyada nəşr olunan "El Mundo Deportivo"da "Atletiko"nun haqlı olduğunu sübut edən faktlar yayımlayıb. Belə ki, qəzet Qrizmannın bacısı Maud, atası Alain və vəkili Sevan Karian ilə yazışmalarını əldə edib. Həmin yazışmalar "Barselona" ilə futbolçu arasında danışıqların "Atletiko"nun iddia etdiyi kimi mart ayında başlandığını sübut edir. 

Həmin yazışmalarda Qrizmannın ailəsi və təmsilçilərinə ödəniləcək 14 milyon avroluq komissiya haqqından söhbət gedir. Bu fakt "Barselona"nın ağır cəza almasına səbəb ola bilər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->