Baş infeksionist peyvəndin III dozasının vurulma tarixini açıqladı (VİDEO)

Baş infeksionist peyvəndin III dozasının vurulma tarixini açıqladı (VİDEO)

Koronavirus peyvəndinin III dozasının tətbiqi qlobal tədbirdi. Bütün dünyada bu istiqamətdə alimlər düşünür və tədqiqatlar aparır.

Bunu ARB24-ün "İş vaxtı” verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

"Birinci növbədə hələ də peyvənd olunmayanların peyvəndlə təmin edilməsinə çalışmalıyıq. Yalnız bundan sonra revaksinasiyanın lazım olub-olmaması və neçə müddətdən bir tətbiqi gündəmə gələcək. Hətta bəzi ölkələr çağırış edirlər ki, peyvəndlər ölkənin milli təqviminə salınsın və mütəmadi olaraq peyvəndlənmə baş versin. Yəni III dozanın tətbiqi yaxın gələcəyin məsələsidir. Biz əsas diqqətimizi həssas insanların peyvəndlənməsinə yönəltməliyik”, - deyə o bildirib.

X
XƏBƏRLƏR
BLOGLAR