Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu Məhəmməd əl-Uteybi vəzifədən azad edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Ərəbistan mediası mədumat yayıb.
Öən gün vətəninə dönən baş konsulun vəzifədən azad edilməsi ilə bağlı qərar bu gün verilib və barəsində istintaq başlayıb.
Qeyd edək ki, oktyabrın 2-də Səudiyyə Ərəbistanının baş konsulluğunda muxalifətçi jurnalist Camal Qaşıqçı yoxa çıxıb. Onun vəhşicəsinə öldürüldüyü və meytinin doğandığı iddia edilir. İki gün öncə Səudiyyə Ərəbistanı və Türkiyənin istintaq qrupları baş konsulluqda axtarış aparıb. İddialara görə, Türkiyə tərəfi artıq jurnalstin öldürülməsi ilə bağlı fakt tapıb.
Şərhlər