Nazirlər Kabineti Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin yaradılması haqqında qərar qəbul edib.
Qaynarinfo xəbər verir ki, bu barədə sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən, Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz və Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi ləğv edilib və onların əsasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi yaradılıb.
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin işçilərinin say həddi 94 ştat vahidi müəyyən edilib.
Mədəniyyət Nazirliyinə bir ay müddətində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin Əsasnaməsini və strukturunu təsdiq etmək və bu qərardan irəli gələn digər məsələləri həll etmək tapşırığı verilib.
Şərhlər