Xəbər lenti

Baş nazirdən “Netfliks”ə “Qonşuluqdakı İblis”lə bağlı tələb (VİDEO)
Video 19:03 12.11.2019

Baş nazirdən “Netfliks”ə “Qonşuluqdakı İblis”lə bağlı tələb (VİDEO)

Polşanın Baş naziri Mateuş Moravetski "Netfliks”dən "Qonşuluqdakı İblis” ("The Devil Next Door”) sənədli serialının bəzi səhnələrini dəyişdirməyi tələb edib. 

Qaynarinfo xəbər verir ki, bu tələbə səbəb baş nazirə görə, serialın bəzi səhnələrinin Polşa tarixini ləkələməsidir.

Serialın süjeti "Sobibor” həbs düşərgəsinə işləməkdə günahkar bilinən ukraynalı Con Demyanyukun hekayəsinə əsaslanır. Demyanyuk məhkəmə qərarı ilə ABŞ-a ekstradisiya edilir.

Lakin süjetin Polşaya birbaşa dəxli olmasa da, baş nazir Moravetski də daxil olmaqla tamaşaçılar bir neçə səhnədə müasir Polşanın sərhədində yerləşən nasist konsentrasiya düşərgələrinin göstərildiyi qrafik xəritənin yer almasından əsəbiləşiblər. Varşavanı acıqlandıran o olub ki, sanki bu düşərgələrin onlara aidiyyəti var.

"Feysbuk”da serialın yaradıcıları ilə söhbətində Moravetski yazıb ki, düşərgələr Polşanın nasistlər tərəfindən işğal olunduğu bir vaxtda qurulub. Bu mövzu polyaklar üçün həqiqətən ağrılıdır. Hətta 2018-ci ilə qədər ölkədə polyakları Holokostda günahlandırmaq kimi qəbul edilə biləcək ifadələri qadağan edən qanun mövcud olub.

"Röyter”in məlumatına görə, artıq Polşa hökumətindən film şirkətinə müraciət daxil olub. Bu çərçivələrin lentdən kəsilib-kəsilməməsi haqda hələ bir qərar verilməyib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->