Xəbər lenti

Baş Prokurorluq mülki itkilərlə bağlı açıqlama yaydı
Ölkə 13:39 29.10.2020

Baş Prokurorluq mülki itkilərlə bağlı açıqlama yaydı

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 90 mülki şəxs qətlə yetirilib, 392 nəfər isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 423, çoxmənzilli yaşayış binalarının sayı 92, yaşayış evlərinin sayı isə 2 406-dır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->