"Kaspi" qəzetinin baş redaktoru, Əməkdar jurnalist İlham Quliyev COVID-19 infeksiyasından sağalıb.
Qaynarinfo xəbər verir ki, baş redaktor bu barədə sosial şəbəkə hesabında bildirib.
O, koronavirusdan sağalaraq evə buraxıldığını qeyd edib:
"Əziz dostlar! Müalicəmi yekunlaşdırıb xəstəxanadan evə buraxıldım. Allahın köməkliyi ilə çətin günləri arxada qoyduq! 14 günlük ev karantinindən sonra iş başına dönəcəyəm! Maraqlanan, narahat olan hamıya təşəkkür edirəm! Özünüzü qoruyun!”
Qeyd edək ki, İ.Quliyev iyunun 22-də sosial şəbəkə hesabında koronavirusa ailə üzvləri ilə birlikdə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxduğunu bildirmişdi.
Şərhlər