Dünya 10:48 15.06.2021

Bayden: “Donbas Ukraynanın NATO-ya üzv olmasına mane olmayacaq”

NATO-nun Brüsseldəki zirvə görüşündən sonra keçirdiyi mətbuat konfransında Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden Ukraynanın cənub-şərqindəki qarşıdurmanın Kiyevin Şimali Atlantika İttifaqına qoşulma hüququndan məhrum olması demək olmadığına inanır.

Qaynarinfo xəbər verir ki, Donbasdakı vəziyyətin Ukraynanın NATO-ya üzv olma ehtimalını istisna edib-etmədiyi sualına cavab olaraq Bayden "Xeyr, etmir", - deyib.

Bayden ABŞ və NATO-nun Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməyə davam etdiyini vurğulayıb.
 
Alpər