Bayden: Koronavirus peyvənd proqramı gözləntiləri doğrultmadı

Bayden: Koronavirus peyvənd proqramı gözləntiləri doğrultmadı

ABŞ-ın koronavirus peyvəndi proqramı "gözləniləndən daha pisdir". Qaynarinfo xəbər verir ki, bu haqda Prezident Co Bayden Ağ Evdə jurnalistlərlə söhbətində deyib.

O, eyni zamanda, həkimlərin, elm adamlarının və proqramın başlanğıcında çalışan əvvəlki rəhbərliyin işçilərinin nailiyyətlərini qeyd edib.

Bayden ABŞ səlahiyyətlilərinin Moderna və Pfizer-dən yayda gətiriləcək daha 100 milyon doza peyvənd almağı və müxtəlif əyalətlərə koronavirus üçün dərman tədarükünü artırmağı planlaşdırdıqlarını söyləyib.

Prezident amerikalıların yaxın aylarda peyvənd deyil, maskaların virusa qarşı ən etibarlı qoruma olacağını qəbul etmələri lazım olduğunu da qeyd edib. Onun sözlərinə görə, maska taxmaq yaxın iki ayda 50 min insanın həyatını xilas edə bilər.

Qeyd edək ki, ABŞ-da virusun yayılması ilə bağlı vəziyyətin daha da pisləşəcəyi və fevral ayının sonuna qədər ölənlərin sayının 500 minə yüksələ biləcəyi proqnozlaşdırılır. 
 
Alpər
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR