Ölkə 14:15 09.05.2021

Bayram Məmmədov dəfn edildi

Türkiyənin İstanbul şəhərində dənizdə meyiti tapılan NİDA-çı gənc Bayram Məmmədov dəfn edilib.

"Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Nəşi dünən Azərbaycana gətirilən B.Məmmədov Bakıda dəfn olunub.

Qeyd edək ki, Türkiyənin "Sabah" nəşri mayın 5-də 25 yaşlı ictimai fəalın ölümü ilə bağlı xəbər yayıb. Bayramın mayın 2-də dənizdə boğulduğu qeyd olunub.