Dövlət Gerbinin oturulan, ayaq basılan yerlərdə təsvir edilməsi qadağan olunur.
Bu barədə yeni hazırlanan "Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında” qanun layihəsində əks olunub.
Belə ki, qanun layihəsində bildirilir ki, Dövlət Gerbi Konstitusiya qanununa uyğun təsvir edilməli və nəzərdə tutulan qaydada istifadə olunmalıdır.
Dövlət Gerbinin oturulan, ayaq basılan və natəmiz yerlərə vurulması və ya həmin yerlərdə təsvir edilməsi qadağandır. Qanunun tələblərini pozan şəxslər İnzibati Xətalar Məcəlləsinə, Dövlət Gerbi barədə təhqiredici hərəkətlər edən şəxslər isə Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Cinayət Məcəlləsinin 324-cü maddəsində göstərilib ki, (Dövlət Bayrağı və ya Dövlət Gerbi barədə təhqiredici hərəkətlər) Azərbaycan Respublikasının Dövlət Bayrağı və ya Azərbaycan Respublikasının Dövlət Gerbi barədə təhqiredici hərəkətlər edən şəxslər 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qanun layihəsinə dəyişikliklər Milli Məclisin dekabrın 18-də keçiriləcək iclasında müzakirə ediləcək. (Modern.az)
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!
Şərhlər