"Bakı Dövlət Universitetinin (BDU) 2020-ci il 22 oktyabr tarixində elan etdiyi "BDU-nun tədris və yardımçı binalarının yanğından mühafizəsi üçün kommunikasiya və hidrant sistemlərinin layihələndirilməsi işlərinin satınalınması” açıq tenderinin qalibi 33000 (otuz üç min) manat tender təklifi ilə "AAB LAYİHƏ-TİKİNTİ" MMC elan olunub və qalib şirkətlə satınalma müqaviləsi bağlanıb. Tenderin nəticələri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində 2021-ci il 12 yanvar tarixində qeydə alınıb. Tender haqqında bütün məlumatlar www.tender.gov.az saytında yerləşdirilib.
Lakin texniki səhv olaraq tenderin qalibinin təklifi 33000 (otuz üç min) manat əvəzinə 330000 (üç yüz otuz min) manat kimi göstərilib. Texniki səhv artıq aradan qaldırılıb. Tender haqqında ətraflı məlumat almaq istəyənlər www.tender.gov.az saytında tanış ola bilərlər".
26.01.2021
15:26
Bakı Dövlət Universitetinin (BDU) tədris və yardımçı binalarının yanğından mühafizəsi üçün kommunikasiya və hidrant sistemlərinin layihələndirilməsi işlərinin satınalınması ilə bağlı müqavilə bağlanıb.
Qaynarinfo xəbər verir ki, layihələndirmə işlərini "AAB LAYİHƏ-TİKİNTİ" MMC görəcək. Müqavilənin şərtlərinə görə, BDU şirkətə 330 min manat ödəyəcək.
Qeyd edək ki, "AAB LAYİHƏ-TİKİNTİ" MMC 7 dekabr 2017-ci ildə yaradılıb. Nizamnamə kapitalı 5 manatdır. Hüquqi ünvanı Yasamal rayonu, Şərifzadə küçəsi ev 80,m.6-dır.
Şirkətin qanuni təmsilçisi Səfərov Taleh Kitay oğludur.
Orxan Əhmədli
Şərhlər