Əməkdar artist Bəhram Bağırzadə AzTV ilə yollarını ayırıb. Şoumen dövlət kanalı ilə müqaviləsini ləğv edib, yeni layihəsini başqa kanalda işıqlandırmaq fikrindədir.
Qaynarinfo xəbər verir ki. "Qafqazinfo” mövzu ilə bağlı AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlayıb. Bildirilib ki, B. Bağırzadənin layihəsinin dayandırılmasına səbəb sponsorun geri çəkilməsidir:
"Bəhram Bağırzadə ilə yeni layihənin baş tutmamasına səbəb sponsorun layihədən imtina etməsidir. AzTV ilə Əməkdar artist arasında hər hansı anlaşılmazlıq olmayıb. Hətta "Bəhram +” proqramının bir neçə buraxılışının çəkilişləri baş tutmuşdu. Lakin sponsorun geri çəkilməsi verilişin dayanmasına səbəb oldu. Bununla belə yeni mövsümdə daha kreativ layihələrlə görüşünüzə gələcəyik”.
Qeyd edək ki, Əməkdar artist media.az-a müsahibəsində kanalla olan müqaviləsini pozduğunu söyləmişdi.
Şərhlər