Əməkdar artist Bəhram Bağırzadədən götürülən koronavirus test nümunələri pozitiv çıxıb.
Bu barədə sənətçi oxu.az-a özü açıqlama verib.
B.Bağırzadə xəstəxanaların birinə aparılıb. Bir saat əvvəl ondan götürülən qan test nümunələri yoxlanmaq üçün laboratoriyaya göndərilib. Lakin testin nəticələri hələ ki açıqlanmayıb.
Özünü yaxşı hiss etdiyini bildirən Əməkdar artist hərarətinin 37.2 olduğunu söyləyib.
12.08
Azərbaycanlı aktyor, əməkdar artist Bəhram Bağırzadə koronavirusa yoluxub.
BAKU.WS-in əldə etdiyi məlumata görə, əməkdar artist xəstəxanaya yerləşdirilib. Ondan götürülmüş koronavirus testinin nəticəsi pozitiv çıxıb.
Hazırda temperaturu bir qədər yüksək olsa da Bəhram Bağırzadənin vəziyyəti stabildir.
Şərhlər