Xəbər lenti

Belarus etirazlarının ruporu NEXTA baş redaktorunu itirdi
Dünya 17:34 28.09.2020

Belarus etirazlarının ruporu NEXTA baş redaktorunu itirdi

Belarusda etiraz aksiyalarını işıqlandırmaq üçün əsas informasiya platformasına çevrilən NEXTA Telegram kanalının baş redaktoru Roman Protaseviç vəzifəsindən istefa verdiyini açıqlayıb.


Qaynarinfo xəbər verir ki, Protaseviçin sözlərinə görə, o, kanalın yaradıcısı Stepan Putilo ilə fikir ayrılıqlarına görə layihəni tərk edir. Redaktor qərarın "kortəbii" olmadığını və uzun müddətdir hazırlandığını da qeyd edib.


Keçmiş baş redaktor sosial şəbəkələrdə "cihaz ekranlarından" qısa müddətə ayrıldığını deyib və "daha bir xeyli maraqlı şeylər" vəd edib.


"27 sentyabr bazar günündən bəri artıq NEXTA layihəsi ilə heç bir əlaqəm yoxdur. Ayrılma qərarı mənim tərəfimdən verilib və kortəbii deyil”, - deyə keçmiş baş redaktor Twitter-də yazaraq, auditoriyasını "kanalı dəyişməməyə” çağırıb.

 

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->