Xəbər lenti

Belarus müxalifəti Navalnının yolu ilə getdi: 83 dəqiqəlik film...
Dünya 13:55 09.03.2021

Belarus müxalifəti Navalnının yolu ilə getdi: 83 dəqiqəlik film...

Belarusdakı diktatura rejiminə qarşı mübarizənin təbliğat və təşkilatçılığını təmin edən "Nexta Telegram” kanalı diktator Aleksandr Lukaşenkonun sərvəti ilə bağlı "Лукашенко. Золотое дно” adlı 1 saat 23 dəqiqəlik film hazrlayaraq sosial şəbəkələr üzərindən yayımlayıb. 

Qaynarinfo xəbər verir ki, Lukaşenkonun sərvəti haqqında filmin yalnız Youtebe-dəki "Nexta” kanalında izlənmə sayı bir milyonu keçib.  

Filmin təqdimatında qeyd olunur ki, bu film Lukaşenkonun və ətrafının sərvətinin ifşa edilməsi üzrə araşdırmaların ilkidir və yeni filmlər də olacaq. Film sosial şəbəkələrdə yayılmamışdan əvvəl Lukaşenko iki dəfə belə filmin hazırlandığını bildirib. 

Politoloq Xaqani Cəfərlinin sözlərinə görə, Belarus müxalifətinin tribunası olan "Nexta”nın yaradıcısı bloger Stepan Putilonu bu filmi hazırlamağa Rusiya müxalifətinin lideri Aleksey Navalnının Rusiya prezidenti Putinin Gələncikdə yerləşən sarayına həsr olunmuş "Дворец для Путина. История самой большой взятки” filminin uğuru təşviq edib. Belə demək olar ki, Belarus müxalifəti Navalnının yolu ilə gedir: 

""Лукашенко. Золотое дно” filmini izlədikdə iki filmin senarisinin də çox oxşar olduğu görünür.  

Korrupsiyadan uzaq olduğu haqqında görüntü yaradan Lukaşenkonun ifşasına həsr olunmuş "Лукашенко. Золотое дно” filmin sosial şbəkələrdə yayıldığı bir zamanda ABŞ dövlət katibi Entoni Blinken Belarus prezidentini Avropanın sonuncu diktatoru adlandırıb və sərt tənqid edib”.

Orxan Əhmədli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->