Dünya 19:21 28.01.2021

Belarusda tətillər qanunla qadağan olunur

Belarusun Cinayət və Əmək məcəllələrində tətil çağırışlarını qadağan edən dəyişikliklər ediləcək. 

Qaynarinfo xəbər verir ki, bu haqda BelTA-nın məlumatında deyilir.

Cümə axşamı Belarus Prezidenti Aleksandr Lukaşenko milli qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı iclas keçirib.

İclasdan sonra Təhlükəsizlik Şurasının Dövlət katibinin müavini Aleksandr Raxmanov yaxın gələcəkdə ölkədəki daxili siyasi vəziyyətlə bağlı qanunvericiliyə düzəlişlərin hazırlanacağını və tətbiq olunacağını bildirib.
 
Alpər