Belarusda kütləvi etiraz aksiyaları zamanı hər gün mindən çox insan nəzarətə alınıb.
Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Beləliklə, üç gün davam edən etiraz aksiyası zamanı tutulanların ümumi sayı artıq 6 min nəfəri keçib.
Bundan əvvəl, Minsk hakimiyyəti iğtişaşlardan dəyən ziyanın 200 min dolları keçə biləcəyini bildirmişdi.
Bu arada Belarusda hüquq-mühafizə orqanlarının işçilərinə hücum faktları ilə bağlı ən azı 17 cinayət işi başlanıb.
Alpər
Şərhlər