Dünya 09:44 25.05.2020

Belçikalılar karantinə görə dövləti məhkəməyə verdi, DİN iddianı tanıdı

Belçikada ölkənin 40-a yaxın vətəndaşı səlahiyyətlilərə və şəxsən Daxili İşlər Nazirliyinin başçısı Peter de Kremaya qarşı kollektiv iddia qaldırıb.

Qaynarinfo xəbər verir ki, Belçikanın RTBF televiziya kanalının məlumatına görə, iddiaçılar federal hökumətin təqdim etdiyi koronavirusun yayılması ilə mübarizə tədbirlərinin Avropa İnsan Hüquqları Konvensiyasını pozduğunu və şəxsi azadlıqların məhdudlaşdırıldığını düşünürlər.

İddiaçının vəkilinin dediyinə görə, Belçika hakimiyyəti insan hüquqlarına uyğun olub olmadığını müəyyən etmədən "Çində görülən tədbirləri kopyalayıb". Belçikadakı İnsan Hüquqları Liqasının rəhbəri Pierre Arno Perruti isə konvensiyanın bəzi azadlıqları müvəqqəti məhdudlaşdıracağını və indi hakimiyyət orqanlarının qərarlarını koronavirus pandemiyası ilə əsaslandırdığını bildirib.

Öz növbəsində Belçika Daxili İşlər Nazirliyinin mətbuat xidməti, idarənin hələ də məhkəmə işi ilə tanış olmadığını, lakin vətəndaşların məhkəmədə azadlıq məhdudiyyətlərinə etiraz etmək hüquqlarını tanıdıqlarını söyləyib.
 
Alpər