Almaniyada yaşamış radioloqun "sevgi hekayəsi" oxuyanları təəccübləndirir.
Qaynarinfo xarici mətbuta istinadən xəbər verir ki, Karl Tanzler adlı alman radioloq 1933-cü ildə çalışdığı xəstəxanaya gələn Yelena De Hoyos adlı xəstəyə aşiq olur. Vərəm xəstəsi olan qadın isə Tanzlerin onu sevməsinə baxmayaraq, başqa biri ilə ailə həyatı qurur.
Yelena həyatda olarkən Tanzlerin sevgisinə qarşılıq vermir və vərəmlə 2 illik mübarizədən sonra dünyasını dəyişir.
Əsl hekayə isə bundan sonra yaşanır.
Karl Yelenaya aşiq olduqdan sonra bir insanın başqa bir insana qarşı hiss edə biləcəyi, ancaq zehni çatışmazlığı olan birinin yaşaya biləcəyi hissləri duymağa başlayır.
"Daha öncə yuxularımda mənimlə danışan gənc qadın o idi, saçları da eynilə onunku kimi idi", - deyə o, ətrafındakı insanlara danışırdı.
Tanzler bir gecə məzarlığa aparılan cəsədi qaçıraraq evinə aparır və hadisə daha da qəribə hal almağa başlayır. O, Yelenanın cansız bədənini formaldehiddə saxlayaraq çürüməsini əngəlləməyə çalışır. Tanzler Yelenanın bacısı bu hadisəni öyrənənə qədər onun cəsədi ilə 7 il boyunca bir yerdə yaşayır. Və bu müddət ərzində cəsəd yavaş-yavaş çürüməyə başladığından, onun üzərində dəyişikliklər edir. Belə ki, piano simlərilə sümükləri bir-birinə bağlayır və gözlərini çıxararaq, yerinə şüşə yerləşdirir, həmçinin dərisini ipək və mumla örtür, çürümə nəticəsində pis qoxunun yayılmasının qarşısını almaq üçün müxtəlif ətirlərdən istifadə edir.
Yelenanın bacısı vəziyyətdən xəbərdar olduqdan sonra isə cəsəd götürülür və Tanzler nekrofillikdə ittiham olunaraq, həbs olunur.
Həbsdən çıxdıqdan sonra da Tanzler hamını təəccübləndirir. O, Yelenaya oxşar bir kukla hazırlayır. Lakin fəaliyyəti bununla da bitmir. Tanzler həbsdən çıxdıqdan sonra bir kitab yazır və Yelena ilə xatirələrini bölüşür.
Şərhlər