Bərdə terrorundan bəhs edən sənədli film (VİDEO)

Bərdə terrorundan bəhs edən sənədli film (VİDEO)

Bərdə terrorundan bəhs edən "Şəhidlər və Şahidlər” filminin ictimaiyyətə təqdimatı kecirilib.

Filmin ideya müəllifi Günel Əliqizi, rejissoru Zahir Əsədovdur. Sənədli film real hadisələrdən, xüsusən 1-ci Qarabağ müharibəsində şəhid olan Vaqif İsmayilovun oğlu İsmayıllı Vasifdən bəhs edir.

Filmdə şəhidin ailə üzvləri, dostları, qohumları şəhidlə bağlı xatirələrini bölüşürlər.

İdeya müəllifi Günel Əliqizi "Şəhidlər və Şahidlər” filminin regionlarda təqdimatının nəzərdə tutulduğunu bildirib.

O, 44 günlük Vətən müharibəsində Bərdə şəhərinin qəhrəmanlığından bəhs edəcək daha bir film çəkəcəyini deyib.

Əziyyəti olanlara minnətdarlığını bildirən müəllif vurğulayıb ki, hər kəs şəhid ailələrinə, qazilərimizə diqqət göstərməlidir.

X
XƏBƏRLƏR
BLOGLAR