Xəbər lenti

Əhməd Əhmədovun məhkəməsi keçirildi (YENİLƏNİB)
Ölkə 12:56 25.06.2024

Əhməd Əhmədovun məhkəməsi keçirildi (YENİLƏNİB)

Bakının Xətai rayonunda ailəsinin beş üzvünü qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun məhkəməsi olub.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.

Cinayət işinin məhkəmə baxışına verilməsi təklif olunub. Daha sonra hakim heyəti cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edib.

Məhkəmənin baxış iclası iyulun 4-nə təyin olunub.

Qeyd edək ki, bu ilin fevral ayında Əhməd Əhmədov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi.

Xatırladaq ki, fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
 
12:07

Bakının Xətai rayonunda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilir.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilir.
 
09:59

Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun bu gün cinayət işi üzrə məhkəmə prosesi başlayır.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə məhkəmənin hazırlıq iclası baş tutacaq.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdiriləcək.

Qeyd edək ki, Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin "Respublika Psixiatriya Xəstəxənası” publik hüquqi şəxsinə yerləşdirilib.

İş üzrə məhkəməyədək icraat tamamlanaraq təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün cinayət işi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->