Xəbər lenti

İdman 18:15 02.04.2026

"Qalatasaray"ın ulduzuna 3 təklif - Transfer rekordu qırıla bilər

"Qalatasaray"da çıxış edən və Çempionlar Liqasında "Yuventus”a qarşı vurduğu qolla diqqət çəkən Qabriel Sara İngiltərə Premyer Liqa klublarının hədəfinə düşüb. 

Qaynarinfo xəbər verir ki, bu mövsüm uğurlu performans sərgiləyən və Braziliya millisinə dəvət alan Sara ilə bağlı Braziliya mətbuatı başda olmaqla Avropanın müxtəlif media orqanları transfer iddialarını gündəmə gətirib.

"Teamtalk"da yer alan xəbərə görə, Sara "Mançester Yunayted" və "Aston Villa"nın transfer siyahısında yer alır. Xüsusilə "Aston Villa”nın futbolçunun transferində daha fəal olduğu və danışıqlarda bir addım öndə olduğu bildirilir.

Məlumata görə, daha bir iddia "Tottenhem” üçün gündəmə gəlib. Son günlərdə baş məşqçi dəyişikliyi yaşayan və De Zerbi ilə yeni dövrə hazırlaşan London klubu gələn mövsüm üçün heyət planlamasına başlayıb. Komandanın əsas hədəflərindən biri kimi Qabriel Sara göstərilir.

Xəbərlərdə "Qalatasaray” rəhbərliyinin futbolçu üçün tələb etdiyi məbləğ də açıqlanıb. Klub Sara üçün 45 milyon avro transfer haqqı müəyyən edib. 45 milyon avroluq transfer həyata keçsə, bu, Super Liqa tarixində ən yüksək satışlardan biri olacaq.

Aydın

--> -->