Expressbankın tərəfdaşlığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi "Tullantıları hədiyyələrə dəyiş” adlı ekoloji layihə çərçivəsində növbəti tədbir keçirilib.
Tədbir paytaxtın Yasamal rayonu ərazisində yerləşən "Azərsu parkı”nda baş tutub. Aksiya zamanı vətəndaşlardan ətraf mühitin qorunmasına töhfə məqsədilə ümumilikdə 6968 litr plastik butulka, 1038 litr şüşə tullantı və 1776 ədəd işlənmiş batareya müvafiq qaydada zərərsizləşdirilməsi üçün qəbul edilib.
Layihənin əsas məqsədi əhali arasında ekoloji şüurun artırılması, tullantıların düzgün idarə olunmasının təşviqi və təkrar emal vərdişlərinin formalaşdırılmasıdır. Tədbir iştirakçıları tullantıları təhvil vermək qarşılığında müxtəlif hədiyyələr də əldə ediblər.
Expressbankdan bildirilib ki, maliyyə institutu olaraq ekoloji təşəbbüslərə dəstək vermək onların korporativ sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biridir və bu fəaliyyətlər dayanıqlı bankçılıq prinsiplərinə əsaslanır. Bank ətraf mühitin qorunmasına yönəlmiş layihələrdə aktiv iştirak etməklə yanaşı, cəmiyyətdə bu vərdişlərin davamlı təşviqinə də xüsusi önəm verir.
Qeyd edək ki, Expressbank "Təbiətə qayğı – Gələcəyə miras” ekoloji layihəsi çərçivəsində mütəmadi olaraq təşkil etdiyi tədbirlərlə ətraf mühitin mühafizəsinə töhfə verməyi və ictimaiyyətdə ekoloji məsuliyyətin artırılmasını hədəfləyir. Bank bu istiqamətdə həyata keçirdiyi təşəbbüsləri gələcəkdə də davam etdirməyi planlaşdırır.
"Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
Şərhlər