Xəbər lenti

Ən maraqlı məscid: 5 dəfə namaz, 1 dəfə idman (FOTOLAR)
Foto 21:57 19.11.2017

Ən maraqlı məscid: 5 dəfə namaz, 1 dəfə idman (FOTOLAR)

Türkiyənin Kütahya şəhərində "Cəmiyyətə xidmət dərsləri" çərçivəsində məsciddə yeni və qeyri-adi layihə həyata keçirilir.

"Qaynarinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, Dumlupınar Universiteti Bədən Tərbiyəsi və İdman şöbəsinin İdman müəllimliyi fakültəsinin 3 tələbəsi "Beş dəfə namaz, 1 dəfə idman" layihəsini tətbiq edərək yaxın ərazilərdəki məscidlərdə insanlara namazdan sonra yüngül idman hərəkətləri elətdirirlər. 

Oğuzxan Buluşlu, Yunis Ulucan, Rəcəb Qaradəmir Yunus Əmrə məhləsində Məscidi Əqsada insanlara idman elətdirərək onların rəğbətini qazanırlar. Layihə ilə bağlı açıqlama verən Buluşlu "Layihə çərçivəsində 4 məsciddə bu ideyanı tətbiq etməyə başladıq. Məscidə gələn yaşlılar, pensionerlər idmanla məşğul olaraq daha sağlam olsunlar deyə çalışırıq. 1 aydır davam edən layihə Dəyanət İşləri İdarəsi və Müftilik tərəfindən təsdiq edilib. Universitet rəhbərliyindən də müsbət reaksiya əldə edə bilmişik. Fəaliyyətimizi bu istiqamətdə davam etdirəcəyik və yaşlılara idmanı sevdirməyə çalışacağıq" deyib. 

Məscidin imamı Osman Arslan bildirir ki, gənclərin bu addımı təqdirəlayiqdir və onlara buna görə təşəkkür edirik. 

Məscidə ibadətə gələn vətəndaşlardan olan Mustafa Qandəmir və Bayram Çətinər də ideyaya müsbət yanaşdıqlarını deyərək idmanın vacibliyini vurğulayıblar.

Gülşən
Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->