Suriya prezindenti Bəşər Əsədin 11 yaşlı oğlu sosial şəbəkə vasitəsilə ABŞ-a mesaj göndərib. “Qafqazinfo” xəbər verir ki, Hafiz Əsəd özünün facebook səhifəsində ABŞ-ı tezliklə Suriyaya hücum etməyə çağırıb:
Mən çox istəyirəm ki, onlar bizə hücum etsinlər və bu böyük səhvə yol vermiş olsunlar”.
Hafiz Əsəd onu da qeyd edib ki, bütün gücünə rəğmən ABŞ-ın hücum edəcəyi təqdirdə heç bir şansı yoxdur.
Hazırda həmin səhifə və şərh facebook sosial şəbəkəsindən silinib. Həmin səhifənin konkret kim tərəfindən idarə edildiyini müəyyənləşdirmək mümkün olmayıb.
Qaynar.info
Şərhlər