Beşmərtəbəli binada yanğın: xəsarət alanlar var

Beşmərtəbəli binada yanğın: xəsarət alanlar var

Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 50 m² olan 3 otaqlı mənzilin 1 otağında ev əşyaları 5 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, yüksək temperaturdan kondisioner, televizor və dəhlizin lambirindən ibarət tavanı 5 m² sahədə əriyib.

Yanğın zamanı 2 nəfər xəsarət alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR