Xəbər lenti

Dünya 14:52 21.10.2018

Bəsrədə min insan içməli sudan zəhərlənib

İraqın Bəsrə şəhərində çirkli su səbəbilə zəhərlənənlərin sayı 114 min nəfərə çatıb.

Qaynarinfo xəbər verir ki, bu barədə İraq məclisinə bağlı İnsan Haqları Komissiyasının Bəsrə ofisi açıqlama verib. Açıqlamada yay aylarından bəri davam edən problemin həlli üçün hökümətə müraciət ünvanlanıb.

Sentyabrın 22-də çirkli sudan zəhərlənənlərin sayı 80 min nəfər idi.

Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatı içməli sularda mövcud olan ağır maddə normasını 1200 olaraq müəyyənləşdirib. Lakin Bəsrədəki içməli suda bu rəqəm 7500 ətrafındadır. Şəhər su tələbatını Şat Əl Ərəb çayı vasitəsilə ödəyir. Son dövrlərdə çayda duz və ətraf mühitin çirklənməsi ilə əlaqədar zərərli maddə miqdarı kəskin artıb.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->