Sənət 17:27 09.12.2019

Bethovenin əsəri süni intellekt vasitəsilə tamamlanacaq

Klassik musiqinin ən böyük bəstəkarlarından biri olan Lüdviq van Bethovenin tamamlaya bilmədiyi 10-cu sinfoniyası süni intellekt texnologiyasından istifadə edilərək tamamlanacaq.

Qaynarinfo xarici mətbuta istinadən xəbər verir ki, bunun üçün musiqiçilər, bəstəkarlar, kompüter mütəxəssisləri və pianoçu Robert Levinin iştirakı ilə xüsusi komanda qurulub. Layihəni Alman Telekom şirkəti həyata keçirir. Süni intellektin köməkliyi ilə tamamlanacaq olan əsər bütöv şəkildə 2020-ci ildə 250 illiyi qeyd olunan bəstəkarın doğulduğu Bonn şəhərində Bethoven Orkestri tərəfindən səsləndiriləcək.

Qeyd edək ki, dahi bəstəkar 10-cu sinfoniya üzərində çalışarkən 1770-ci ildə dünyasını dəyişib. Beləliklə də əsər yarımçıq qalıb. Lakin əsərlə bağlı bəzi notlar və qaralamalar qalmaqdadır. Süni intellekt Bethovenin digər əsərlərindən hazırlanan alqoritmə əsasən əsərə ruh verəcək. Layihənin koordinasiyasını üzərinə götürən Karajan İnstitutunun rektoru Mathias Röder alqoritmin gözlənilməz məlumatlar yaratdığını deyərək, onu Bethovenin kəşfinə çıxan uşaöa bənzədib.

Qeyd edək ki, bundan əvvəl telekommunikasiya nəhəngi Huaveyin həyata keçirdiyi layihə çərçivəsində avstraliyalı bəstəkar Frans Şubertin yarımçıq qalan 8-ci sinfoniyası süni intellekt tərəfindən tamamlanmışdı.
 
Camal