Beynəlxalq Qadınlar Günü nə üçün qeyd olunur? (TARİXÇƏ)

Beynəlxalq Qadınlar Günü nə üçün qeyd olunur? (TARİXÇƏ)

8 Mart bütün dünyada Beynəlxalq Qadınlar Günü və ya Beynəlxalq İşçi Qadınlar Günü kimi qeyd olunur. Bu günün tarixcəsini isə çox az insan bilir.

Qaynarinfo bu günün tarixcəsi ilə bağlı məlumatı sizlərə təqdim edir:

8 mart 1857-ci il. Bu tarixdə ABŞ-ın Nyu-York şəhərində tikiş fabriklərinin birində 40 min işçi qadını daha yaxşı şərtlər altında çalışmaq üçün tətil edirlər. Lakin polis aksiyanı dağıdıb və etiraz edən qadınları fabrikə salaraq qapıları bağlayır. Daha sonra burada yanğın baş verir və fabrikin önündəki barrikadalardan keçə bilməyən 129 qadın yanaraq həyatını itirir. Ölən qadınların yas mərasiminə 10 mindən çox insan qatılır.

26-27 avqust 1910-cu il. Danimarkanın paytaxtı Kopenhagendə II Beynəlxalq Qadınlar Konfransında (Beynəlxalq Sosialist Qadınlar Konfransı) Almaniya Sosial Demokrat Partiyasının liderlərindən Klara Zetkin 8 mart 1857-ci il tarixdə sözügedən tikiş fabrikində baş vermiş yanğında ölən qadınların xatirəsinə 8 Mart tarixinin Beynəlxalq Qadınlar Günü kimi qeyd olunmasını təklif edir və bu təklif yekdilliklə qəbul edilir.

İlk illərdə konkret bir tarix müəyyən edilmir və həmin gün hər ilin yaz fəslində qeyri-müəyyən vaxtlarda qeyd olunur. Tarixin 8 Mart olaraq dəqiqləşdirilməsi isə 1921-ci ildə Moskvada keçirilən III Beynəlxalq Qadınlar Konfransında qəbul edilir və adı da Beynəlxalq İşçi Qadınlar Günü olur.

Birinci və İkinci Dünya Müharibələri illərində bəzi ölkələrdə bu günün qeyd olunması qadağan edilsə də 1960-cı illərin sonunda ABŞ-da qeyd olunmağa başlanılandan sonra məsələ yenidən gündəmə gəlir və nəhayət BMT (Birləşmiş Millətlər Təşkilatı) 16 dekabr 1977-ci il tarixdə 8 Martın "Beynəlxalq Qadınlar Günü" kimi qeyd olunması barədə qətnamə qəbul edir.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR