Dünya 17:26 04.05.2021

Bill Geytsin 30 illik ailəsi dağılır...

"Microsoft”un qurucusu Bill Geyts və həyat yoldaşı Melinda Geyts boşanmağa qərar verib. Bu haqda onlar bir gün əvvəl məlumat verib.

Qaynarinfo Lenta.ru-ya istinadla xəbər verir ki, Melindanın boşanmaq üçün məhkəməyə müraciət etdiyi məlum olub. O, Bill ilə evliliyin "geri dönməz şəkildə pozulduğunu” bildirib. Bununla belə, boşanma sənədlərində nikah müqaviləsi haqqında məlumat olmayıb. Daha əvvəl ər-arvad ayrı-ayrılıqda yaşamaq haqda müqavilə bağlayıblar.

Bill və Melinda Geytslər boşanma məhkəməsinin gələn aprel üçün təyin olunmasını istəyib, ancaq belə görtünür ki, onlar məhkəmə olmadan öz aralarında razılaşma əldə edəcəklər.

Geyts Melinda Frençlə 1 yanvar 1994-cü ildə evlənib. Cütlüyün üç övladı var - Cenifer Katarin, Rori Con və Fibi Adel.
 
Alpər