Sabiq prezident Bill Klinton dövründə Ağ Evdə təcrübəçi kimi çalışmış Monika Levinski sabiq "first lady" Hillari Klintondan üzr istəyəcəyini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, 1995-1996-cı illərdə 22 yaşı olan Levinskinin prezidentlə münasibəti üzə çıxmışdı. Klinton faktı əvvəlcə inkar etmiş, lakin sonrada etiraf etmək məcburiyyətində qalmışdı. "Vanity Fair" jurnalında yazı ilə çıxış edən Monika Levinski bir gün Hillari Klintonla qarşılaşsa, ondan səmimi şəkildə üzr istəyəcəyini açıqlayıb.
Gülşən
Şərhlər