Xəbər lenti

Bill Qeytsi kölgədə qoyan 10 məşhur milyarder (SİYAHI)
Ekonomiks 22:32 07.09.2019

Bill Qeytsi kölgədə qoyan 10 məşhur milyarder (SİYAHI)

Bir çox insan tarixin ən zəngin insanlarının 21–ci əsrdə yaşadığını düşünür.

Bill Qeyts və ya Uorren Baffet kimi milyarderlər misal olaraq göstərilir. Lakin son min il ərzində yaşamış daha zəngin tarixi şəxsiyyətlər olub.

"Business Inside”nin apardığı araşdırmaya istinadən son min ilin 10 ən zəngin adamlarını sizlərə təqdim edirik.

1. Kornelius Vanderbilt – 185 milyard dollar

ABŞ tarixinin ən məşhur iş adamlarından biri olan Kornelius Vanderbilt 1800-cü illərdə qurduğu dəmir yolları və nəqliyyat xətləri sayəsində zəngin olub. Onun ən uğurlu işləri isə vətəndaş müharibəsindən sonraya təsadüf edir. O vaxt dəmir yolları geniş yayılıb, beləcə iş adamının sərvəti 185 milyarda çatıb.

2. Henri Ford - 199 milyard dollar

ABŞ biznesinin aparıcı isimlərindən biri olan Henri Fordun 200 milyard dollarlıq şəxsi varidatı olub. O, "Ford Motor Company" şirkətinin qurucusudur. Onu məşhur edən təkcə bir şirkət yaratması deyil, həm də avtomobil istehsalında inqilabi yeniliklər etməsi olub.

3. Muəmmər Qəzzafi – 200 milyard dollar

Liviyanın keçmiş diktatoru Qəzzafinin adını hər kəs eşidib. 42 illik səltənətində sərvətini 200 milyard dollara çatdıran Qəzzafi Liviyadakı böyük layihəsi ilə tarixə düşüb. Bəzi ekspertlərin fikrincə, "bəşər tarixində ən böyük suvarma layihəsi” olan böyük texnoloji layihə Qəzzafi dövründə qurulub. Liviyanın dəmyə torpaqlarını su ilə qovuşduran bu kanallar vasitəsilə hər gün 6,5 kubmetr içməli su verildiyi məlumdur. 200 milyard dollarlıq sərvəti və böyük büdcəli layihələri ilə siyahıya daxil olan Qəzzafi 2011-ci ildə vətəndaş müharibəsində devrilib. Oktyabrın 20-də üsyançılar Qəzzafini vəhşicəsinə öldürüblər.

4. Kral Uilyam – 209-229 milyard dollar

1066-cı ildə Normandiyalıların işğalından sonra taxta keçən ingilis kral Uilyamın varidatı təxminlərə və bugünkü məzənnəyə görə, 209-229 milyard dollara ekvibvalent olub.

5. Cekob Fagger – 221 milyard dollar

Cekob Fagger siyahıdakı digər şəxslər qədər məşhur olmasa da, onlardan daha zəngin olub. 221 milyardlıq sərvətə sahib olan Fagger bunu bankçılıq və ticarətdəki bacarıqlarına görə qazanıb. O, 1459-cu ildə Almaniyada dünyaya gəlib və 1525-ci ildə də doğulduğu şəhərdə vəfat edib.

6. Mir Osman Əli xan – 230 milyard dollar

Mir Osman Əli xan adlı milyarder haqqında bir çox insan məlumatsızdır. Əli xan Hindistanın Haydarabad əyalətinin idarəçisi olduğu vaxtlarda 230 milyard dollar sərvətə sahib olub. 37 illik rəhbərliyi dövründə təhsilin, dəmir yollarının və elektrik xidmətlərinin inkişafı üçün çalışıb.

7. II Nikolay Romanov (Rusiya imperiyasının sonuncu imperatoru) – 300 milyard dollar

II Nikolay 300 milyard dollarlıq bir sərvətə sahib olub. Onun bu sərvətinin qaynağı isə sahib olduğu torpaqlar, sənaye malları və ticarət idi. Çar II Nikolay ölümündən sonra Rusiya Pravoslav Kilsəsi tərəfindən müqəddəs elan edilib. 1918-ci ildə bolşevik liderlərin gizli qəbul etdikləri qərarla iyulun 16-dan 17-ə keçən gecə II Nikolay, həyat yoldaşı Aleksandra, qızları Olqa, Tatyana, Mariya, Anastasiya və oğulları Aleksey saxlanıldıqları evdə qətlə yetiriliblər.

8. Endryu Karnegi – 310 milyard dollar

Son dərəcə güclü və zəngin iş adamı olan Endryu Karnegi Şotlandiyada kasıb bir ailədə dünyaya gəlib. Ailəsi 1840-cı ildə Amerikaya köçüb. Endryu gənc yaşlarında kiçik bizneslərlə başlayıb, böyük şöhrətə və pula sahib olub. 310 milyard dollarlıq sərvətə sahib olan iş adamı daha çox xeyirxah işləri ilə tanınıb. O, tarixin ən böyük xeyriyyəçisi olaraq tanınır.

9. Con Devidson Rokfeller – 340 milyard dollar

Rokfeller 1839-cu ildə Nyu-Yorkda dünyaya gəlib. ABŞ-ın ən böyük neft şirkətlərindən biri olan "Standard Oil Company”nin qurucusudur. Həyatda olduğu dönəmdə Çikaqo və Rokfeller universitetlərini inşa etdirib. Eyni zamanda böyük xeyriyəçi kimi də tanınan Rokfeller 97 yaşında vəfat edib.

10. Mansa Musa – 400 milyard dollar

Bu günə kimi onun sərvətinin üstələyən başqa zəngin adam olmayıb. Qərbi Afrikada qurulan Mali imperiyasının hökmdarı olmuş Mansa Musa dünya tarixinin ən zəngin adamı sayılır. O bu ünvanı günü bu gün də qoruyur. 1280-ci ildə dünyaya göz açan milyarderin 400 milyarddan çox sərvəti olub.

Yaşadığı dövrdə məscidlər,məktəblər inşa etdirib. Qızılını, pul-parasını sarayında saxlayan bir çox hökmdarlardan fərqli olaraq, Musa sərvətinin, demək olar ki yarıdan çoxunu yanında gəzdirirdi. Onun karvanında 60 min kişi və əlavə olaraq 1200 qul olurdu. Qullardan sadəcə 500 nəfəri Musanın qızıllarını daşıyırdı. Ayrıca olaraq karvanda, hər biri 135 kq qızıl daşıyan 80 yüklü dəvə də olurdu. Məkkə ziyarətinə gedib çatana kimi bu qızılları pulları yol boyu gördüyü yoxsul insanlara paylayırmış. Musa insanlara etdiyi yaxşılıqlarla və zənginliyi ilə tanınıb. (Musavat.com)

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->