11 sentyabr hadisələrini törədən Əl Qaidə terror təşkilatının lideri Usama Bin Ladenin oğlu Həmzə Bin Laden terror hadisəsinin əsas təşkilatçılarından olan Məhəmməd Attanın qızı ilə evlənib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, məlumat Həmzənin ögey qardaşları tərəfindən də təsdiq edilib. Bildirilir ki, Həmzə Bin Laden Əl Qaidədə əhəmiyyətli yerə sahibdir və ABŞ tərəfindən öldürülən atasının intiqamını almaq niyyətindədir. O, təşkilatın lideri Əymən Əl Zəvahirinin köməkçisidir.
Bin Ladenin qardaşı Əhməd Əl Attas Həmzənin Məhəmməd Attanın qızı ilə evləndiyi, lakin yerlərini bilmədiklərini açıqlayıb.
Qeyd edək ki, Həmzə Bin Laden Usamanın Xeyriyyə Səbar adlı həyat yoldaşından dünyaya gəlib. Onun Xalid və Səad adlı oğulları ABŞ tərəfindən qətlə yetirilib.
Gülşən
Şərhlər