Binəqədi icra başçısından yeni təyinat (FOTO)

Binəqədi icra başçısından yeni təyinat (FOTO)

Binəqədi Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.

Qaynarinfo xəbər verir ki, Binəqədi rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyevin əmrinə əsasən, Sevinc Süleymanova İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini təyin edilib.

Qeyd edək ki, Sevinc Süleymanova 1975-ci ildə Oğuz rayonunda anadan olub. O, 2011-ci ildən Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının Qadınlar Şurasının İdarə Heyətinin üzvüdür.

Əmək fəaliyyətinə 1997-ci ildə Binəqədi rayonu R.İmanov adına 205 № li tam orta məktəbdə rus-dili və ədəbiyyatı müəllim kimi başlayıb, 1998-2019-cu illərdə Bakı şəhəri Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini olaraq davam edib. 2019-2020-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Analitik təhlil və proqram təminatı şöbəsinin məsləhətçisi vəzifəsində çalışıb.

Dövlət qulluğunun kiçik müşaviridir.
 

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR