Türkiyənin Mardin şəhərindəki Sancar məhəlləsində yaşayan Əli Aşa adlı şəxs evində təmir işləri aparan zaman tapdığı sənədlər həyatını dəyişib.
Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, sənədlərin tapılması ilə Aşanın 16 nəfərlə birlikdə 6 kəndin sahibi olduğu məlum olub. Osmanlı dövründən qalan sənədlər türkcəyə tərcümə edilib. Ailəsi ilə birlikdə kasıb həyat yaşayan və təmizlik xidməti göstərən 60 yaşlı Əli Aşa digər varislərin tapılması üçün məhkəməyə müraciət edib. Hadisə 2 il əvvəl baş versə də, hələlik məhkəmə heç bir nəticə əldə edə bilməyib. Kəndin sahiblərinin böyük hissəsi 1920-ci illərin əvvəllərində nəsillər arası qarşıdurma nəticəsində öldürülüb və ya itkin düşüb.
Əli Aşa bildirir ki, hamının haqqını vermək istəyir və buna görə də, məhkəməyə müraciət edib. Əgər torpağın sahiblərinin varisləri tapılmasa, Aşa ərazilərdə püstə bağı salacağını vurğulayır.
Gülşən
Şərhlər