Xalq artisti YUĞ teatrının aktyoru Vidadi Həsənov teatr və kino xadimlərinə çağırış edib.
Qaynarinfo xəbər verir ki, aktyor teatrların açılması üçün sənət adamlarını Prezident İlham Əliyevə müraciət etməyə səsləyib:
"Başqa çıxış yolu yoxdur. Danşdıq, yazdıq, müsahibələr verdik, müraciətlər etdik, etiraz səsimizi ucaltdıq. Əfsuslar olsun, nə eşidən oldu, nə də "hə-yox” deyən. Cavabdeh strukturların qeyri-müəyyən açıqlamalarını daha nə qədər eşitmək olar? Artıq yetər, zənnimcə, bizim yalnız bir yolumuz qalıb. Teatr və kino xadimləri olaraq dövlətimizin başçısına, möhtərəm Prezidentə müraciət etmək”.
Bahar Rüstəmli
Şərhlər