Birinci divizionda gümüş və bürünc mükafatçılar bəlli oldu

Birinci divizionda gümüş və bürünc mükafatçılar bəlli oldu

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 2020/21 mövsümünün gümüş və bürünc mükafatçıları da müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, 26-cı turda "Turan Tovuz”un qonağı olan "Zaqatala” 2:1 hesabı ilə qalib gələrək komandaların arasındakı xal fərqini 8-ə yüksəldib.

Bu nəticədən sonra "Zaqatala”nın gümüş medalların sahibi olacağı dəqiqləşib.

Eyni zamanda, ən yaxın izləyicisi "Sabah-2”ni 3 xal qabaqlayan "Turan Tovuz” şəxsi görüşlərdə rəqibindən üstün olduğuna görə (1:1, 1:0, 3:3) sona 1 tur qalmış bürünc mükafatçı adına yiyələnib.

Qeyd edək ki, ötən tur "Neftçi-2”nin Birinci Divizionda 2020/21 mövsümünün qalibi olması rəsmiləşib.
X
XƏBƏRLƏR
BLOGLAR