Mehriban Əliyevanın namizədliyini irəli sürdüyünə görə həbs xəbəri yayılan Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov açıqlama verib.Vətəninfo.az xəbər verir ki, Əlisahib Hüseynov açıqlamasında həbs edilməsi ilə bağlı xəbərin məqsədli şəkildə mətbuata ötürüldüyünü bildirib: "Mən demokratik Azərbaycan Dünyası Partiyasının lideriyəm və DADP-sı müstəqil Azərbaycan dövlətinin "Siyasi partiyalar haqqında" qanunda nəzərdə tutulan bütün hüquqlardan istifadə edərək öz fəaliyyətini həyata keçirməkdədir. Bu gün mənim həbs olunmağımla bağlı xəbərləri yayanların məqsədi DADP-nin ətrafında biləşən 150 minə yaxın insanların arasına təfriqə salmaqdan başqa birşey deyil. Amma bu insanlar anlamalıdırlar ki, DADP ulu öndər Heydər Əliyevin uğurlu sosial-iqtisadi siyasətini dəstəkləyən və bu siyasətin daha da möhkəmlənməsi uğrunda mübarizə aparan bir siyasi institutdur. Mən əgər həbs edilmişdimsə, o zaman bu gün partiyanın idarə heyətinin iclasını necə keçirə bilərdim? Mən ofisimdəyəm və DADP lideri olaraq da partiyanın işləri ilə məşğulam".
Ə. Hüseynov yayılan məlumatlarda partiyanın icra katibi Sevda Xurşudovanın da Gürcüstana deportasiya edildiyini bildirib: “Sevda Xurşudova həqiqətən də Gürcüstana gedib. Amma mətbuata ötürülən yalan məlumatda qeyd olunduğu şəkildə deyil. O yaxın bir adamının hüzr mərasimində iştirak etmək üçün Gürcüstana gedib. Yəqin ki, Sevda xanım qayıtdıqdan sonra bu məsələlərə öz mövqeyini açıqlayar".
Qaynar.info
Şərhlər