Xəbər lenti

Bölgələrdə şimşək çaxdı, leysan yağış yağır - Faktiki hava
Ölkə 22:45 17.09.2021

Bölgələrdə şimşək çaxdı, leysan yağış yağır - Faktiki hava

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Yağış bəzi yerlərdə leysan xarakterli intensiv olub.

Bu gün intensivləşən leysan yağış nəticəsində Tovuz rayonu Yanıqlı kəndi yaxınlığında, Göygöl rayonu və rayonun Aşıqlı ərazisindən sel keçib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->