Təhlükəsizlik Şurasının iclası gecə saatlarında olacaq.
BMT Təhlükəsizlik Şurasının rəhbəri Avstralyanın daimi təmsilçisi Qari Quinlan şura üzvlərini suriya ilə bağlı iclasa dəvət edib. Türkiyə saatı ilə saat 23:00-da (Bakı vaxtı ilə 01:00) keçiriləcək toplantıda Suriya ilə bağlı məsələlər müzakirə ediləcək.
Məlumata görə, gün ərzində Rusiyada daxil olmaqla TŞ üzvləri suriya ilə bağlı toplantı keçirilməsi ilə bağlı quruma müraciət etməsindən sonra bu barəd qərar verilib.
Fransa xarici işlər naziri Laurent Fabius ölkəsinin məsələ ilə bağlı hazırladığı qətnamə layihəsini Təhlükəsizlik Şurasına təqdim edəcəyini deyib. Bu layihədə 21 avqust hücumunun qınanması, Dəməşq rejiminin öncə kimyəvi silahların invertarlaşdırıb, sonra təhvil verməsinin yer alacağını qeyd etmişdi.
Qeyd edək ki, Fabiusun açıqlamasından sonra BMT TŞ-nin daima üzvləri olan ABŞ,Fransa və İngiltərə nümayəndələrinin bu məsələni aralarında müzakirə edib.
Qaynar.info
Şərhlər