BMT-dən təcili Şimali Koreya toplantısı

BMT-dən təcili Şimali Koreya toplantısı

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası təcili görüş müraciətindən sonra bu gün Şimali Koreya məsələsini müzakirə edəcək.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, ABŞ, Yaponiya, Fransa, İngiltərə, Cənubi Koreya Şimali Koreyanın hidrogen bombası sınağından sonra BMT-yə toplanış üçün müraciət etmişdi. Görüşün bu gün axşam saatlarında keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 4 gün əvvəl Şimali Koreyanın ballistik raket sınağına görə görüş keçirmiş, ölkənin bu addımı müzakirə edilmişdi.

Şimali Koreyanın son nüvə sınağından sonra BMT baş katibi Antonio Quterres açıqlama verərək bu sınağı ciddi tənqid etmiş, Şimali Koreyanı məsuliyyətlərindən boyun qaçırmaqda, bölgəni və dünyanı təhlükə altına atmaqda ittiham etmişdi.

Gülşən

Qaynarinfo.Az 

XƏBƏRLƏR
BLOGLAR
bool(false)