Boeing

Boeing "ölüm təyyarələri"nin istehsalına yenidən başladı

ABŞ-ın təyyar istehsalçısı Boeing yanvar ayından dayandırdığı 737 MAX tipli sərnişin təyyarələrinin istehsalına yenidən başlayıb.

Qaynarinfo xəbır verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunub ki, bu müddət ərzində şirkət ABŞ Federal Aviasiya İdarəsi və digər qlobal tənzimləyicilərlə yaxından çalışmağa davam edib.

Qeyd edək ki, İndoneziya və Efiopiyadakı qəzalardan sonra Boeing zərərçəkmişlərin ailələrinin ehtiyaclarını qarşılamaq məqsədilə 10 milyon dollarlıq yardım fondu təsis etmişdi. Bundan başqa 346 nəfərin ölümü ilə nəticlənən faciələrin ardından 737 MAX tipli təyyarələrin MCAS sistemində nasazlıq aşkarlanmış və istehsal dayandırılmışdı. Əksər sifarişlərin də geri qayıtması səbəbindən şirkət ciddi maliyyə böhranı yaşamışdı. Bundan sonra koronavirus pandemiyası isə ikinci zərbəni vurmuşdu.
 
Camal
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR