Dünya 21:28 29.08.2017

Boksçumuz Kamran Şahsuvarlı dünya çempionatında yarımfinala yüksəldi

 Almaniyanın Hamburq şəhərində keçirilən kişi boksçular arasında dünya çempionatında 1/4 final mərhələsinə start verilib. 

Azərbaycan Boks Federasiyasından "Report"a verilən məlumata görə, günün ilk sessiyasında Azərbaycan millisinin bir üzvü qüvvəsini sınayıb.

75 kq çəki dərəcəsində rinqə çıxan Kamran Şahsuvalı kolumbiyalı Xorxe Vivas Palasiosla üz-üzə gəlib. Döyüş 3:2 (27:30, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə Olimpiya mükafatçımızın xeyrinə başa çatıb. O, yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı da təmin edib.

K.Şahsuvarlı avqustun 31-də baş tutacaq 1/2 finalda qazaxıstanlı Abilxan Amankulla qarşılaşacaq.

Qeyd edək ki, günün ikinci sessiyada dünya çempionumuz Məhəmmədrəsul Məcidov (+91 kq) da rinqə çıxacaq. O, yarımfinala vəsiqə üçün Camili-Dini Aboudo-Moindze (Fransa) ilə döyüşəcək.

Qaynarinfo.Az