Xəbər lenti

Bolqarıstan çağırış etdi: NATO Qara dəniz regionunda və Balkanlarda...
Dünya 17:41 27.05.2024

Bolqarıstan çağırış etdi: NATO Qara dəniz regionunda və Balkanlarda...

Bolqarıstanın baş naziri Dimitar Qlavçev NATO-nun Qara dəniz regionunda və Qərbi Balkanlarda mövcudluğunu genişləndirməyə çağırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Mediapool” məlumat yayıb.

O qeyd edib ki, NATO və Avropa İttifaqında Rusiyanın Ukraynaya qarşı müharibəsindən Qara dəniz regionu qədər ciddi təsirlənəcək ikinci region yoxdur.

"Buna görə də Qara dənizə strateji yanaşmanın həyata keçirilməsi zərurəti bu ilin aprelində Sofiyada Beynəlxalq Krım platforması çərçivəsində Qara dəniz təhlükəsizliyi üzrə İkinci konfransın əsas nəticələrindən biri olub”, - Qlavçev bildirib. 

O əlavə edib ki, Rusiya Ukraynaya qarşı müharibə vasitəsilə Qara dənizdə qeyd-şərtsiz hökmranlıq bərqərar etməyə, Qərbi Balkanlarda və daha çox Cənubi Qafqaz regionunda təsirini genişləndirməyə çalışır.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->