Borc səbəbindən xaricə gedə bilməyən Rusiya vətəndaşlarının sayı 15 faizdən çox artaraq, 3,4 milyon nəfərə çatıb.
Qaynarinfo Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın Federal Məhkəmə İcraçıları Xidmətinin nümayəndəsi Dmitriy Jeludkov deyib. Onun sözlərinə görə, səyahətə müvəqqəti məhdudiyyət qoyulması ilə bağlı qərarların sayı bu il 455 min 800 ədəd artıb.
Eyni zamanda 2019-cu ilin 10 ayı ərzində məhkəmə icraçıları 6,6 milyon borclunun ölkədən çıxışına məhdudiyyət qoyub. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 milyon qərar və ya 41 faiz çoxdur. Bu tədbirlər sayəsində məhkəmə icrasıları 2019-cu ilin yanvar-oktyabr aylarında 104,2 milyard rubl borcu geri qaytara biliblər.
Camal
Şərhlər