Brent 36 dolları ötdü, ekspertlər 55 dollara kimi artım gözləyir

Brent 36 dolları ötdü, ekspertlər 55 dollara kimi artım gözləyir

Dünyanın müxtəlif bölgələrində koronavirus infeksiyası COVID-19-ın yayılmasına qarşı tətbiq olunan məhdudiyyətlərin tədricən qaldırılması şəraitində etalon markalı "qara qızıl"ın qiymətləri artmaqdadır.

Qaynarinfo Finmarket.ru-ya istinadla xəbər verir ki, Bakı vaxtı ilə 09:10-a olan məlumata görə, Şimal Dəniz Brent markalı neft qarışığının iyul fyuçersləri əvvəlki qiymətdən $ 0,67 artaraq bir barel üçün 36.20 dollar səviyyəsinə yüksəlib, Qərbi Texas WTI markalı iyul fyuçersləri isə 1.07 dollar artaraq 34.32 dollar/barelə çıxıb.

Algo Capital İnternet Kompaniyasının böyük risk meneceri Vitali Manjosun sözlərinə görə, dünən Brent markalı xam neftin bir bareli 35 dollar/bareldə möhkəmlənə bilib: 

"Beləliklə, fyuçerslər yenidən on həftəlik maksimumuna yaxınlaşdılar. İndi onların yeniləmək və nisbətən yüksək 35-40 dollar arası miqyasda möhkəmlənmək üçün yaxşı şansları var. Bundan əlavə, onlar aprel ayındakı ən aşağı qiymətdən ikiqat artıblar”, - ekspertin rəyində deyilir.

O xatırladıb ki, 2008 və 2016-cı ildə son dərəcə aşağı neft qiymətləri dövrü altı aya yaxın davam edib: "Mövcud şərtlərdə, artıq üç aya yaxındır vəziyyət elədir. Bu göstəricilərə əsaslanaraq, payızda "qara qızıl"ın qiymətinin sabit şəkildə 45-55 dollar arası və ondan da çox artacağını gözləmək olar. O vaxta qədər qlobal istehsalın cari azaldılmasının nəticələri və yeni qazma işlərinin nəticəsi özünü büruzə verəcəkdir", - Manjos vurğulayıb.

Eyni zamanda, AMarkets şirkətinin analitik şöbəsinin müdiri Artem Deyev qeyd edir ki, bu gün qiymətlər OPEC+ ölkələrinin hasilatı azaltmaqla bağlı öhdəliklərini yerinə yetirməyə davam edəcəyi, karbohidrogen bazarında tarazlığın bərpası prosesini sürətləndirəcəyi gözləntiləri ilə dəstəklənir. Rusiyanın OPEC+ hasilatını azaltmaq sövdələşməsi çərçivəsində ölkədə neft hasilatını, gündə 8.5 milyon barel səviyyəsinə düşürəcəyini bildirməsi də qiymət artımına öz töhfəsini verə bilər", - ekspert deyib.

Öz növbəsində, IAC analitiki Alpari Vladislav Antonov hesab edir ki, "S P500-də artan fyuçerslər və Avropa bazarında dolların ümumi zəifləməsi şəraitində 36.30 dollar səviyyəsini ötmək və bir barel üçün 38 dollara qədər çatmaq üçün böyük fürsət əldə edəcəklər."

Alpər
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR
X  No Image