Xəbər lenti

Britaniya Rusiyanı
Dünya 18:00 20.10.2021

Britaniya Rusiyanı "kritik təhlükə" hesab etdi

Rusiya İngiltərə üçün kritik təhlükə yaradır, Çin isə "xroniki sistem problemi" olaraq qalır. 

Qaynarinfo rosbalt.ru-ya istinadla xəbər verir ki, bunu Britaniya Müdafiə Qərargahının rəhbəri Nikolas Karter bildirib.

O qeyd edib ki, ölkəsinin rəqibləri indi nəinki yeni silah növləri hazırlayır, hətta getdikcə dezinformasiya kampaniyalarından istifadə edirlər.

Bundan əlavə, TASS-ın xəbər verdiyi kimi, o, Rusiya tərəfindən yeni sualtı qayıqların yaradılmasından və Londonun bütün təhdidlərə cavab verməyə məcbur olmasından gileylənib.

Karter əlavə edib ki, Moskvanın qarşısını almaq üçün London xarici tərəfdaşlarla, məsələn, Avstraliya, Böyük Britaniya və ABŞ arasındakı yeni ittifaq (AUKUS) çərçivəsində müdafiə əməkdaşlığını gücləndirməlidir.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->