Xəbər lenti

Britaniyada koronavirus peyvəndinin istehsal olunacağı vaxt açıqlandı
Dünya 15:41 24.05.2020

Britaniyada koronavirus peyvəndinin istehsal olunacağı vaxt açıqlandı

Böyük Britaniyanın "AstraZeneca” əczaçılıq kompaniyası testlərin nəticələri müsbət olacağı təqdirdə Oksford Universiteti ilə birgə hazırladığı COVID-19 infeksiyası əleyhinə vaksinin kütləvi istehsalına sentyabr ayında başlamağı planlaşdırır.

Qaynarinfo AZƏRTAC-a istinadən xəbər verir ki, kompaniya azı 400 milyon vaksinin çatdırılması üzrə ilk müqaviləni imzalayıb, həmçinin milyard doza hazırlamaq üçün şərait yaradıb. "AstraZeneca” 2020-ci ilin sentyabrında ilk çatdırılmaları həyata keçirmək niyyətindədir.

"Koronavirusa qarşı vaksinin hazırlanması və istehsalı prosesinin sürətləndirilməsi üçün göstərdiyi dəstəyə görə ABŞ və Böyük Britaniya hökumətlərinə minnətdarıq. Vaksini tezliklə hazırlamaq və onu əlçatan etmək üçün əlimizdən gələni edəcəyik”, - deyə kompaniyanın rəhbəri Paskal Sorio bildirib.

ABŞ hökuməti koronavirus əleyhinə peyvənd hazırlanması üçün "AstraZeneca” kompaniyasına bir milyard dollardan çox vəsait köçürüb.

Qeyd edək ki, İngiltərədə keçirilən klinik sınaqların ilk mərhələsinin nəticələri iyunda bəlli olacaq. Uğurlu alınacağı təqdirdə sınaqlar digər ölkələrdə də davam edəcək. Plana görə sentyabr ayında 30 milyon britaniyalı, yəni birləşmiş Krallıq əhalisinin təxminən yarısı vaksin əldə edə biləcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->